Hindistanda son sutkada 39 minə yaxın koronavirusa yeni yoluxma hadisəsi qeydə alınıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölkədə ümumilikdə koronavirusa yoluxma hallarının sayı 1 077 618-ə çatıb, 373 min insan müalicə alır, 677 mini sağalıb, 27 min insan virus səbəbi ilə ölüb.
Hindistan yeni növ koronavirusun yayılması üzrə ABŞ və Braziliyadan sonra üçüncü yerdədir. /APA