XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 July 2020 - 09:00

Almaniyada koronavirusa yoluxanların sayı 201,8 mini ötüb –Robert Kox İnstitutu

Almaniyada koronavirusa yoluxanların sayı son sutka ərzində daha 249 nəfər artıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan və COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun məlumatına görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 201 823 nəfərə çatıb. Qeyd edilir ki, bu günədək COVID-19-dan 9 086 nəfər vəfat edib. Eyni zamanda virusa yoluxmuş təxminən 187,8 min nəfər sağalıb.

Virusa ən çox yoluxma Bavariyada qeydə alınıb. Burada 49 775 nəfərin koronavirus testi müsbət olub. Şimali Reyn-Vestfaliyada 46 075 nəfər, Baden-Vyurtemberqdə 36 342 insan COVID-19-a yoluxub. Paytaxt Berlində təhlükəli infeksiyaya 8 779 yoluxma aşkarlanıb.

Təhlükəli koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. (report)