XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

20 İyul 2020 - 09:11

Britaniyada koronavirus:bir gündə 726 nəfərdə virus aşkar olunub

Son sutkada Böyük Britaniyada 27 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 45 300 nəfərə çatıb. Son gündə daha 726 nəfərdə virus aşkarlanıb. İndiyə kimi ölkədə 294 792 koronavirusa yoluxma halı qeydə alınıb.

Bundan bir gün əvvəl 40 nəfər virusun qurbanı olub, 827 nəfərinsə virusa yoluxması təsdiqlənib. (apa)