Suriyada terror aktı törədilib.
Bu barədə “Anadolu” agentliyi xəbər verir.
Məlumata görə, hadisə ölkənin şimalında, Türkiyə ilə sərhəddə yerləşən Aazaz rayonunda qeydə alınıb. Terrorçular Sidju kəndində minalanmış avtomobili partladıblar. Hadisə nəticəsində 5 dinc sakin həlak olub, daha 85 nəfər yaralanıb.
Hadisə zamanı xəsarət alanlar yerli xəstəxanalara yerləşdirilib, onlardan bəziləri Türkiyəyə göndərilib.
Terror aktının arxasında terrorçu PKK-nın Suriya qanadı olan YPG-nin silahlılarının dayandığı ehtimal edilir.