XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 July 2020 - 11:47

Səudiyyə Ərəbistanı Kralı xəstəxanaya yerləşdirilib – KİV

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud paytaxt Ər-Riyad şəhərində yerləşən Kral Faysal Xəstəxanasına yerləşdirilib.

Bu barədə “Reuters” məlumat yayıb.

Səudiyyə Ərəbistanı Kralının xəstəxanaya yerləşdirilməsinin koronavirusla bağlı olmadığı bildirilib.

Qeyd olunub ki, 84 yaşlı Salman bin Əbdüləziz Al Səud öd kisəsindəki problemlə əlaqədar müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib. (apa)