XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

20 İyul 2020 - 12:38

İsraildə tibb işçiləri tətil elan edib –Səbəb

İsraildə tibb bacıları və feldşerlərin etiraz tətili başlayıb.

“Haaretz” xəbər verir ki, tibb işçiləri aylıq əməkhaqqılarının artırılmasını tələb edirlər.

İyulun 19-da Maliyyə Nazirliyi ilə tətilçilərin nümayəndələri arasında məsələyə dair keçirilən danışıqlar uğursuzluqla nəticələnib.

Tibb bacıları və feldşerlərin Həmkarlar İttifaqı koronavirusa yoluxmanın artması fonunda İsrail xəstəxanalarının yüklənməsi ilə əlaqədar tibb işçilərinin əməkhaqqının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.

Tətillə əlaqədar planlaşdırılmış bir sıra əməliyyatlar, analizlərin qəbulu ertələnəcək, peyvəndləşdirmə klinikası bağlanacaq. (report)