Əfqanıstanın şimalında yerləşən Kunduz əyalətinə “Taliban” silahlılarının hücumu nəticəsində azı 13 hərbçi ölüb, 10-u yaralanıb.
Məlumatı “TOLO News” telekanalı yayıb.
Bildirilib ki, “Taliban” iyulun 20-də gecə saatlarında nəzarət-buraxılış məntəqəsinə, eləcə də şoseyə hücum edib.
Silahlıların itki verdiyi bildirilsə də, onların dəqiq sayı barədə məlumat yayılmayıb. (report)