XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

20 İyul 2020 - 15:11

İranda COVID-19:son sutkada 217 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 217 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 14 405 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 414 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 276 202 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 175 217 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 583 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. (apa)