XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 March 2016 - 18:42

Dünyanın ən bahalı şəhəri- “The Economist” açıqladı

sinqapur

2015-ci ildə Sinqapur üçüncü ildir ki, yaşayış üçün ən bahalı şəhər olaraq qalır. Bu, Britaniyanın “The Economist” jurnalının “Economist Intelligence Unit” analitik bölməsi tərəfindən aparılan tədqiqat nəticəsində müəyyənləşib.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ötən il 2 pillə irəliləyərək ikinci mövqedə qərarlaşan Sürix və 7 pillə irəliləyərək üçüncü yeri tutan Honkonq demək olar ki, Sinqapura çatmaq üzrədir. İlk beşliyə, həmçinin Cenevrə və Paris də daxildir.

London, Nyu-York və Los-Anceles reytinqdə Sidney, Melburn və Oslonu ilk onluqdan çıxararaq müvafiq olaraq 6, 7 və 8-ci yerləri bölüşür. İlk onluğu Seul və Kopenhagen tamamlayır.

“Economist Intelligence Unit” ildə iki dəfə dünyanın 133 şəhərində yaşayiş xərcinin indeksini hesablayır. Bu zaman ekspertlər 160-dan çox məhsul və xidmətin qiymətini nəzərdən keçirir.

Dünyanın bir çox bölgəsində inflyasiyanın zəifləməsinə baxmayaraq, keçən il valyuta məzənnələrinin nəzərə çarpacaq dərəcədə dəyişməsi ilə fərqlənib. Nəticədə 133 ölkədən yalnız 8-i reytinqdə öz mövqeyini qorumağa müvəffəq olub.