XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 İyul 2020 - 21:34

İran XİN başçısı Moskvaya gedəcək –Sabah

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iyulun 21-də Moskvaya səfər edəcək.

Məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, o, səfər zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Səfər çərçivəsində regional və beynəlxalq məsələlərin, habelə ikitərəfli münasibətlərə dair mövzuların müzakirəsi gözlənilir.

Qeyd edək ki, iyulun 19-da M.C.Zərif İraqın paytaxtı Bağdadda səfərdə olub, orada ölkə rəsmiləri ilə görüşüb. (report)