XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

20 İyul 2020 - 22:43

Qara dənizdə çoxmillətli hərbi təlimlərə start verilib

Qara dənizdə “Dəniz mehi – 2020” (Sea Breeze 2020) hərbi təlimlərinə start verilib.

Çoxmillətli təlimlər bu gün Ukraynanın Odessa limanı yaxınlığında start götürüb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin altıncı donanmasının açıqlamasına görə təlimlərin məqsədi regional təhlükəsizliyi gücləndirməkdir.

Hərbi təlimlərdə ABŞ, Bolqarıstan, Türkiyə, Rumıniya, Fransa, İspaniya və Norveçdən 27 hərbi gəmi, 19 helikopter, 2000 hərbçi iştirak edir.

Təlimlərin iyulun 26-da başa çatacağı bildirilir. (apa)