“Qızıl top” mükafatı bu il təqdim olunmayacaq.
“France Football” nəşri xəbər verir ki, koronavirus pandemiyası səbəbindən yaranmış problem ucbatından mükafat heç kimə verilməyəcək.
1956-cı ildən bəri hər il təşkil olunan mərasim bu il gerçəkləşməyəcək.
Qeyd edək ki, ötən il “Barselona”nın kapitanı Lionel Messi 6-cı dəfə “Qızıl top” mükafatına layiq görülüb. (report)