İsraildə koronavirusa yoluxanların sayı artıb.
Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasına 1 641 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Ümumilikdə ölkədə 29 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Onlardan 22 060 nəfər müalicə olunaraq sağalıb, 415 nəfər vəfat edib. (report)