XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

21 İyul 2020 - 18:28

Bolqarıstan parlamenti hökumətə etimadsızlıq votumunun əleyhinə çıxdı –Səsvermə

Bolqarıstan Xalq Məclisi (parlamenti) növbədənkənar iclasda Boyko Borisovun başçılıq etdiyi hökumətə etimadsızlıq votumunu təsdiqləməyib.

TASS xəbər verir ki, Bolqarıstan Milli Televiziyası tərəfindən yayımlanan parlament iclasında baş tutan səsvermədə 237 deputat iştirak edib. Onlardan 124-ü etimadsızlıq votumunun əleyhinə, 102-si lehinə səs verib, 11 parlamentari bitərəf qalıb. Baş nazir səsvermədə iştirak etməyib.

Qeyd edək ki, hökumətə etimadsızlıq məsələsinin səsverməyə çıxarılması təşəbbüsü müxalifətdə olan Bolqarıstan Sosialist Partiyası (BSP) tərəfindən irəli sürülüb. Onlar hakimiyyət orqanlarındakı korrupsiya ilə əlaqədar hökumətə etimadsızlıq votumu göstərilməsini istəyirdi. Onlardan əvvəl isə Bolqarıstan Prezidenti Rumen Radev hökuməti və baş prokuroru istefaya çağırmışdı. O, bunu hökumətdə yenilənməyə və müasirləşməyə ehtiyac olması ilə izah etmişdi/Report.