XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

21 İyul 2020 - 16:37

Ukraynada 20 nəfəri girov götürən terrorçu siyasi tələblər irəli sürdü –“Maksim Ploxoy” kimdir?

Ukraynanın Lutsk şəhərində avtobusun 20 sərnişinini girov götürən şəxs bir sıra siyasi tələblər irəli sürüb, həmçinin onun kimliyi də bəlli olub.

“Inforesist” xəbər verir ki, “Maksim Ploxoy” ləqəbli şəxsin əsl adı Maksim Krivoşdur.

M.Krivoş ümumilikdə 10 il həbsdə olub. Orada o, “Cinayətkarın fəlsəfəsi” kitabını belə yazıb.

Rəsmi mənbələrdən alınan məlumata görə, 44 yaşlı Maksim Krivoş psixi xəstəxanada da müalicə olunub. O, Ukrayna vətəndaşıdır, lakin Rusiyada doğulub.

Cinayətdən öncə M.Krivoş internetdə videomüraciət yayıb. Videogörüntüdə “Antisistem günü münasibətilə təbrik edib”.

Onun tələblərinə görə, məhkəmə, nazirliklər, prokurorluqlar, parlament, kilsələr rəhbərləri, həmçinin eks-prezident Pyotr Poroşenko, İqor Kolomoyski “Youtube”a videomüraciət yükləyərək orada özlərini “qanuni terrorçu” elan etməlidirlər. Həmçinin əlavə edib ki, prezident V.Zelenski videomüraciətində bu sözləri desin: “2005-ci ilin “Yerlilər” filmini hər kəs izləsin!”.

Report