XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

21 İyul 2020 - 21:57

İspaniya 140 milyard avro yardım alacaq- İqtisadiyyatın Bərpası Fondundan

“Bu, Avropa və İspaniya üçün böyük razılaşmadır”, – deyə İspaniyanın Baş Naziri Pedro Sançes bildirib.

Avropanın 27 lideri tarixdə ən uzunmüddətli sammitdə beş gün çəkən gərgin danışıqlardan sonra Avropa üçün pandemiya nəticəsində əmələ gələn qlobal böhrana qarşı mübarizə mexanizmini bəyəniblər.

İspaniya növbəti 6 il ərzində Avropa İqtisadiyyatın Bərpası Fondundan təqribən 140 milyard avro alacaq, bunlardan 72,700 milyardı birbaşa yardım formasında, qalanı isə kredit şəklində ayrılacaq. Bu rəqəm 2019-cu il ərzində İspaniya ÜDM-inin 11,2 faizinə ekvivalentdir.

İspaniya Avropa İttifaqı məkanında İtaliyadan sonra Fonddan daha çox vəsait alan ikinci ölkədir. İtaliya və İspaniya pandemiyadan daha çox ziyan çəkən ölkələrdir ki, onlar turizm sektorunda böyük paya sahibdirlər.

Avropa liderləri sammitin yekunlarına görə 2021-2027-ci illər üçün 1,074 trilyon avro həcmində ümumi büdcə, o cümlədən İqtisadiyyatın Bərpası Fondu üçün 750 milyard avro ayrılması haqqında razılığa gəliblər(azərtac).