XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

21 İyul 2020 - 22:19

Məhkəmə Sudanın sabiq prezidentinə dövlət çevrilişi ittihamı irəli sürüb

Sudan məhkəməsi ölkənin sabiq prezidenti Ömər əl-Bəşirə və daha bir neçə siyasətçiyə 1989-cu ildə dövlət çevrilişi etmək barədə ittiham irəli sürüb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, hakim Ömər əl-Bəşirlə yanaşı, onun iki vitse-prezidentinə – Bəkri Həsən Salehə və Əli Osman Məhəmməd Tahaya, həmçinin “xilas hökumətinin” 28 üzvünə müvafiq ittiham irəli sürülməsinə dair qərar qəbul edib.

Dövlət çevrilişi üzrə növbəti məhkəmə iclası avqustun 11-nə təyin olunub.

2019-cu ilin aprelində geniş ictimai etirazlar fonunda hərbçilər tərəfindən vəzifədən kənarlaşdırılan Ömər əl-Bəşir korrupsiya işi üzrə iki il azadlıqdan məhrum edilib. Hazırda isə hərbi çevriliş üzrə cinayət işinin təhqiq olunması üçün xüsusi komissiya yaradılıb. Sudanın baş prokurorluğu 30 il bundan öncə baş verən çevrilişdə iştirak edən bütün hərbçilərin saxlanmasına qərar verib.