XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

21 İyul 2020 - 23:06

Dünyadakı korporativ vergilərin 1 trilyon dolları vergidən yayındırılır- Hesabat

“Tax Justice Network” (TJN) beynəlxaq qeyri-hökumət təşkilatının hesabatına görə, hər il şirkətlərin əldə etdikləri təxminən 1 trilyon dollar vəsait “vergi sığınacaqları”ndan keçirilir.

Azərtac xarici KİV-ə istinadla xəbər verir ki, yalnız İqtisadi Əməkdaşıq və İnkişaf Təşkilatına (OECD) üzv dövlətlərdə transmilli korporasiyalar ümumilikdə 467 milyard dollar həcmində gəlirlərini vergidən gizlədib və bunun nəticəsində dövlət büdcələrinin itkisi 117 milyard dollar olub.

Hesabatda bildirilir ki, 4 ölkə – Böyük Britaniya (ada əraziləri vasitəsilə), İsveçrə, Lüksemburq və Niderland gizlədilmiş vergilərin 72 faizi üçün məsuliyyət daşıyır.

TJN ekspertlərinin rəyinə görə, koronavirus pandemiyası Avropa İttifaqında (Aİ) vergidən yayınma ilə bağlı aparılan mübarizənin yarımçıq olduğunu aşkara çıxarıb. Bəzi Avropa ölkələri vergi sığınacaqlarında qeydiyyata alınmış müəssisələrə dövlət yardımını qadağan etsə də, bu qadağa yalnız vergi məlumatlarının mübadiləsi ilə bağlı Aİ ilə əməkdaşlıqdan imtina edən və adları “qara siyahı”ya salınmış yurisdiksiyalarda qeydiyyata alınmış şirkətlərə aiddir. “Qara siyahı” isə dünyadakı maliyyə risklərinin cəmi 7 faizini əhatə edir.