XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

21 İyul 2020 - 23:17

Paster İnstitutu:"Koronavirusa qarşı peyvənd 2021-ci ildə hazır ola bilər"

Bir şey dəqiqdir: geniş ictimaiyyətə təqdim olunan bir peyvənd hələlik yoxdur. Belə bir peyvənd 2020-ci ildə olmayacaq və 2021-ci ildə hazırlanarsa – bu, bir nailiyyət olacaq.

Azərtac xəbər verir ki, bu fikri Fransanın Paster İnstitutunun tibbi tədqiqatlar üzrə direktoru peyvəndlə bağlı 2 layihənin irəliləməsi ilə bağlı verdiyi məlumatda bildirib.

Qeyd edib ki, aparılan tədqiqatlar 2 peyvəndin təhlükəsizliyini və immun reaksiyasını qiymətləndirmək üçün həyata keçirilmiş iki mərhələdən ibarət iki sınaqdır.

Diqqətə çatdırıb ki, bu iki sınaq 2 peyvəndin tolerantlığını göstərdi. Ciddi yan təsirlər yoxdur, immunitet reaksiyası var. Ancaq bu hələ peyvəndlərin qoruyucu olmasının göstəricisi deyil. Sınaqların 3-cü mərhələsi peyvəndlərin qoruyucu olmasını təsdiqləməyə imkan verəcək.

Fransız epidemioloq vurğulayıb ki, aparılmış 2 sınaq müsbət perspektivdən məlumat verir. Peyvənd sınağında iştirak edənlərdə anticisim yaranıb və sınaqda iştirak edənlərin çoxunda peyvənd virusu neytrallaşdırıb. Bu da ümidi artırır və 3-cü mərhələ virusun daha çox yayıldığı yerdə tezliklə başlayacaq.

Qeyd edilib ki, bir çox peyvəndlər hazırlanmaqdadır, sonda ən səmərəli və ucuz başa gələn peyvənd seçiləcək. 2021-ci ildə peyvəndin hazırlanması əsil nailiyyət olacaq.