XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2020 - 23:49

Niderland Vergi İdarəsi qaçqınlara ayrı-seçkilikdə ittiham olunur

Niderlandda fəaliyyət göstərən Şəxsi Məlumatları Qoruma Qurumu (AP) Vergi İdarəsində vətəndaşlıq kimi şəxsi məlumatların istifadə edilməsi ilə bağlı apardığı araşdırmanın ilk mərhələsinin nəticələri barədə yazılı açıqlama yayıb.

Həmin açıqlamada Vergi İdarəsi tərəfindən uşaqlar üçün müavinət ödənişləri ilə bağlı müraciətlərin qiymətləndirilməsinin və dələduzluq hallarının təsbitinin ədalətsiz olduğu, ayrı-seçkiliyə yol verildiyi və məxfiliklə bağlı qanunun ciddi şəkildə pozulduğu qeyd edilib.

Açıqlamada göstərilib ki, ikili vətəndaşlıq uşaqlar üçün müavinət ödənişləri ilə bağlı müraciətin qiymətləndirilməsində meyar sayılmasa da, Vergi İdarəsi ikili vətəndaşlıqla bağlı məlumatları sistemdə saxlayır və bundan istifadə edir, halbuki qanun 2014-cü ildən bu məlumatların sistemdə olmasına yol vermir.

AP-nin açıqlamasında araşdırmanın gələcək mərhələsində Vergi İdarəsinə hər hansı cəzanın tətbiq edilib-edilməyəcəyi məsələsinin qiymətləndiriləcəyi bildirilib(azərtac).