XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2020 - 10:44

ABŞ-ın neft ehtiyatları yenidən artıb –PROQNOZ

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə (13-17 iyul) yenidən artıb.

API-nin proqnozlarına əsasən, ötən həftə ABŞ-ın neft ehtiyatları 7,54 mln. barel artaraq 538,11 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 1,9 mln. barel azalacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir. (apa)