XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2020 - 12:42

Rusiyada koronavirus:son sutkada 5 862 nəfər yoluxub

Rusiyada son sutka ərzində daha 5 862 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 789 190 nəfərə çatıb.

Son sutka ərzində 165 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 12 745 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 572 053 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.