XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

16 Mart 2016 - 21:11

Yəmənə bomba “yağdı”:107 nəfər həyatını itirdi

1458135703531785034_1000x669

Ərəb koalisiyasına məxsus aviasiyanın Yəmənin Haca əyalətində yerləşən Mustaba şəhərinə endirdiyi zərbələr nəticəsində 107 nəfər həyatını itirib, onlarla insan isə xəsarət alıb. Bu barədə əyalət şurasının nümayəndəsi bildirib.

Azərtac xəbər verir ki, martın 15-də koalisiya təyyarələri Mastaba şəhərinin mərkəzi hissəsində yerləşən bazarın yaxınlığına iki aviasiya zərbəsi endirib. Hadisə bazarda çox sayda insanın toplaşdığı zaman baş verib.

Həkimlərin məlumatına əsasən, hadisənin baş verdiyi Mustaba və ona yaxın Abs şəhərlərində yerləşən xəstəxanalarda xəsarət alanlara ilkin yardım göstərilməsi üçün zəruri dərman və sarğı materiallarının çatışmazlığı vəziyyəti bir qədər də çətinləşdirir.

Xatırladaq ki, şiə üsyançıları 2014-cü il avqustun ortalarından etibarən yanacağın qiymətinin qalxması bəhanəsi ilə etiraz aksiyalarına başlayaraq “rüşvətxor kabinetin” istefasını tələb etmişdilər. Sonradan etirazlar silahlı toqquşmalara gətirib çıxarmış və nəticədə prezident sarayı da daxil olmaqla paytaxt Səna şəhəri üsyançıların əlinə keçmişdi.

Paytaxt Sənada nəzarətə yiyələnmiş qiyamçıların təzyiqləri nəticəsində istefa verməyə məcbur olan Yəmən Prezidenti Əbd Rabbo Mənsur Hadinin xahişindən sonra martın 26-na keçən gecə Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri şiə üsyançılarının mövqelərinə hava zərbələri endirməyə başlayıb. Yəməndə qanuni hakimiyyətinin bərpasına yönəlmiş “Qətiyyət tufanı” kod adı altında aparılan əməliyyatlara sonradan Misir, İordaniya, Mərakeş, Pakistan və Sudan da qoşulub.