XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2020 - 15:11

İranda koronavirus:yoluxanların sayı 280 mini keçdi

İranda ötən sutka ərzində daha 2 586 nəfərin koronavirusa (COVID19) yoluxması ilə bu virusa yoluxanların sayı 281 413 nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, virus daşıyıcılarından 3 609 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, İranda ötən 24 saat ərzində daha 219 koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 14 853 yüksəlib.

Nazirlik rəsmisi deyib ki, indiyədək İranda 244 840 nəfər koronavirusdan sağalıb.

Sadat Lari Mazandaran, Fars, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Rəzəvi Xorasanı, Əlborz, Xuzistan, Lorestan, Gülüstan, Kirman, Zəncan və İlam vilayətlərinin qırmızı zonalar olduğunu deyib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 2,22 milyondan çox test həyata keçirilib.