XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2020 - 18:14

Türkiyə-Rusiya yüksək səviyyəli işçi qrupunun görüşü olub- Ankarada

Liviya məsələsi üzrə Türkiyə-Rusiya yüksək səviyyəli işçi qrupunun iki günlük Ankara müzakirələri başa çatıb.

Azərtac xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi müzakirələrin sonuna dair ortaq açıqlama yayıb.

Bildirilir ki, Türkiyə və Rusiya Liviyada böhranın aradan qaldırılması üçün birgə fəaliyyətini davam etdirəcək. Vurğulanır ki, tərəflər Liviyanın suverenliyinin və ərazi bütövlüyünün BMT şərtləri daxilində qorunmasına tərəfdardır. Liviyada təhlükəsiliyin və sabitliyin, insan rifahının yaxşılaşdırılması istiqamətində ikitərəfli münasibətlərin qorunması vacibdir. Bu böhranın həllində həbri yol yoxdur.