XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2020 - 21:23

Türkmənistana Ümumdünya Ticarət Təşkilatının müşahidəçi statusu verilib

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Cenevrədəki mənzil-qərargahında Baş Şuranın növbəti iclası zamanı yekdilliklə Türkmənistana ÜTT-də müşahidəçi statusu verilməsi barədə qərar qəbul edilib.

Azərtac ölkənin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Türkmənistan tərəfindən təşkil olunan videokonfransda BMT-nin Cenevrədəki bölməsi yanında Türkmənistanın daimi nümayəndəsi, həmçinin aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Ölkənin bu statusa malik olması Türkmənistanın milli iqtisadiyyatının dinamik inkişafına, xarici ticarətdə mövqelərinin möhkəmləndirilməsinə, çoxtərəfli əməkdaşlığa, xaricdən investisiya cəlb edilməsinə və beynəlxalq ticarət əlaqələrini inkişaf etdirməyə xidmət edəcək.

Hazırda 164 dövlət ÜTT-nin üzvüdür. Türkmənistan bu təşkilatda müşahidəçi statusu alan 25-ci ölkə olub.