XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2020 - 22:53

Türkiyədə koronavirus xəstələrinin sayı 222,4 mini keçdi- Nazirdən açıqlama

Bu gün Türkiyədə koronavirusa daha 902 nəfər yoluxub.

“Report”un məlumatına görə, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, bununla da ölkədə koronavirus xəstələrinin ümumi sayı 222 402 nəfərə çatıb.

Bu gün qonşu ölkədə daha 19 nəfər koronavirusdan ölüb. Bununla da pandemiya qurbanlarının ümumi sayı 5 545 nəfərə yüksəlib.

Eyni zamanda daha 1 203 pasiyent sağalıb. Beləliklə Türkiyədə koronavirusdan sağalanların ümumi sayı 205 214 nəfərə çatıb.