XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Mart 2016 - 01:31

ABŞ Şimali Koreyayayeni sanksiyalar tətbiq etdi


ABS_

ABŞ Şimali Koreyaya yeni sanksiyalar tətbiq edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Coş Ernest məlumat verib.

O bildirib ki, prezident Barak Obama sanksiya ilə bağlı sərəncam imzalayıb. Qərar ABŞ-ın Şimali Koreyanın nüvə sınaqlarına cavabıdır. Yanvarın 6-da və fevralın 7-də Şimali Koreya özünün ballistik raketini sınaqdan keçirmişdi.

Sanksiyalara əsasən, Şimali Koreya hökumətinin və bu ölkənin Əmək Partiyasının ABŞ-dakı istənilən mülkiyyəti "bloklanır", aktivləri dondurulur. Eyni zamanda ABŞ vətəndaşlarına bu ölkəyə sərmayə qoymaq, mal satmaq və ya oradan mal almaq qadağası qoyulur.