Almaniyada bir gündə koronavirusa 569 yoluxma aşkar edilib.
Bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.
İnstitutun məlumatına görə, bununla da Almaniyada koronavirusa yoluxma hallarının ümumi sayı 203 368-ə çatıb. Bununla yanaşı, COVID-19-dən 9 101 pasiyent ölüb. Qeyd edilir ki, son sutkada daha 6 nəfər infeksiyadan ölüb.
Ölkədə virusa yoluxan təxminən 189 min insan sağalıb.
Almaniyada virusa ən çox yoluxma halı Bavariyada (50 049) qeydə alınıb. Şimali Reyn-Vestfaliyada 46 615, Baden-Vürtemberqdə 36 565 insan COVID-19-a yoluxub. Berlində virusa 8 860 yoluxma aşkarlanıb/Report.