XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2020 - 10:16

Qazaxıstanda koronavirusa yoluxanların sayı sürətlə artır –daha 1646 nəfərdə virus aşkarlanıb

Qazaxıstanda ötən sutka 1 646 nəfərdə koronavirus aşkarlanıb.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Mərkəzi Asiya ölkəsində indiyədək 76 799 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 48 220 nəfər sağalıb, 585 nəfər isə ölüb.

Qeyd edək ki, Qazaxıstan postsovet məkanında Rusiyadan sonra koronavirusun ən geniş yayıldığı ikinci ölkədir. Bu ölkə yoluxma hallarının sayına görə pandemiyanın mənbəyi olan Çinə çatır/Report.