XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2020 - 22:54

ÜST İrana humanitar yardım göndərib- 16 ədəd kompüter tomoqrafiya aparatı

Koronavirus ilə mübarizəni daha da gücləndirmək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İrana 16 ədəd kompüter tomoqrafiya aparatı göndərib.

Azərtac ÜST-nin Tehrandakı ofisinin rəhbəri doktor Kristof Hamelmana istinadla xəbər verir ki, bu aparatlarla virusa yoluxan xəstələrin ağciyərindəki prosesləri müşahidə etmək olacaq.

K.Hamelman bildirib ki, dəyəri 4 milyon dollar olan aparatlar ÜST ilə İranın Səhiyyə Nazirliyi arasında davam edən əməkdaşlıq nəticəsində Tehrana gətirilib.

O bəyan edib ki, koronavirusun İranda geniş yayılması və ona qarşı aparılan mübarizə təşkilat tərəfindən diqqətlə izlənilir və yardımlar göstərilir. ÜST nümayəndəsi İranın xəstəliyə qarşı effektiv mübarizə apardığını da nəzərə çatdırıb. Qeyd edib ki, ÜST virusa qarşı mübarizədə İrana yardım göstərməkdə davam edəcək.