XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2020 - 23:33

Rusiyada informasiya texnologiyaları sahəsində vergi güzəştləri hazırlanır

Rusiya hökuməti informasiya texnologiyaları sahəsi üzrə vergi manevri etmək barədə qanun layihəsini Dövlət Dumasına təqdim edib.

Azərtac xarici KİV-ə istinadla xəbər verir ki, layihəyə əsasən, gələn ildən bu sahədə gəlir vergisinin dərəcəsi 20 faizdən 3 faizə, sosial sığorta haqqı isə 14 faizdən 7,6 faizə endiriləcək.

Bildirilib ki, vergi dərəcəsinin 3 faizə salınması mənfəətin yalnız federal xəzinəyə köçürülməli olan hissəsinə aid olacaq. Regional büdcələrə köçürülən hissə üçünsə verginin dərəcəsi sıfır olacaq. Sosial sığorta haqqı ümumilikdə 7,6 faiz təşkil edəcək: icbari sığorta fondu üçün köçürmə 6 faiz, icbari sosial müdafiə haqqı 1,5 faiz, icbari tibbi sığorta haqqı isə 0,1 faiz olacaq.

Rusiyada informasiya texnologiyalarının inkişafı məqsədi daşıyan bu təklif bir qədər əvvəl ölkə prezidenti tərəfindən edilib.