XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

06 Mart 2015 - 12:18

Putinin maaşı azalıb

Putin maaşını yüzde 10 düşürdü

Rusiyaya qarşı həyata keçirilən sanksiyalar, deyəsən, rəsmi Moskvanı “ekonom” rejiminə keçməyə məcbur edib. Prezident administrasiyasının yaydığı məlumata görə, mart ayının 1-dən etibarən Putinin aldığı maaş və mukafatlar 10% aşağı endiriləcək.

Maaşı azalan təkcə Putin deyil. Məlumata görə, onunla yanaşı ölkənin Baş naziri, Baş prokuroru və Dövlət İstintaq Komitəsinin sədri də bu aydan başlayaraq kəmərlərini sıxmalı olacaqlar.

Ekspertlərə görə, bu addım simvolik xarakter daşıyır və məqsəd rus xalqını maliyyə böhranının ağır nəticələrinə hazırlamaqdır. Mümkündür ki, Rusiya büdcə kəsirlərini aradan qaldırmaq üçün bütün məmurların maaşında da müəyyən korrektələrə getsin.