XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 July 2020 - 14:16

İranda koronavirus:son sutkada 215 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 215 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 15 289 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 489 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 286 523 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 249 212 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 653 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. (apa)