Rumıniyada koronavirusa yoluxanların sayı 42 394 nəfərə çatıb.
Məlumatı Rumıniyanın Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, son 24 saat ərzində 1 119 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 2 150-yə çatıb.
Qeyd edək ki, Rumıniya hökuməti vətəndaşları sanitar normalara riayət etməyə, təhlükəsiz məsafə saxlamağa çağırıb. (report)