XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 July 2020 - 22:07

ABŞ-da yoluxma 4 milyonu keçdi –Tramp respublikaçıların qurultayını təxirə saldı

ABŞ prezidenti Donald Tramp respublikaçıların Floridada keçiriləcək qurultayını təxirə salıb. Səbəb Birləşmiş Ştatlarda koronavirusa yoluxmaların 4 milyonu keçməsidir.

Floridada, cənub və qərb ştatlarında yoluxma halları sürətlə artmaqdadır.

Tramp iyulun 23-də elan edib ki, gələn ay böyük, izdihamlı qurultay keçirməyin vaxtı deyil. Prezidentin sözlərinə görə, qurultay tədbirləri hansısa formada onlayn keçiriləcək, bəzi deputatlar avqustun 24-də Şimali Karolinada ayaqüstü toplantı üçün bir araya gələ bilərlər.

Tramp daha öncə sosial məsafə qaydalarına görə tədbiri Şimali Karolinadan Floridaya keçirmişdi. Qurultay nümayəndələri Trampı noyabr seçkisində partiyanın rəsmi namizədi kimi seçəcəklər.

İyulun 23-də ABŞ-da COVID-19-dan üçüncü gün ardıcıl mindən artıq ölüm qeydə alınıb. Ekspertlər ölü sayının artacağı xəbərdarlığını edirlər, çünki artıq beş gündür gündəlik yoluxmalar 66 mini keçir. İndiyədək Birləşmiş Ştatlarda 144 mindən çox koronaviruslu xəstə vəfat edib. (azadliq.org)