XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 July 2020 - 20:58

Tokio-2020:"Futbol yarışlarının vaxtı müəyyənləşib"

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında futbol yarışlarının vaxtı bəlli olub.

FIFA-nın rəsmi “Twitter” səhifəsi xəbər verir ki, kişilərin yarışı gələn il iyulun 22-dən avqustun 7-dək təşkil olunacaq. Qadınların analoji turniri isə iyulun 21-dən avqustun 6-dək keçiriləcək.

Qeyd edək ki, “Tokio-2020” koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb. Olimpiada iyulun 23-dən avqustun 8-dək təşkil olunacaq. (AZƏRTAC)