Son 24 saatda Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 455 nəfər artaraq 18 min 966-ya çatıb.
Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son sutkada ölkədə virusdan 4 nəfər dünyasını dəyişib və ölənlərin sayı 103-ə çatıb.
Bildirilir ki, xəstəxanalarda 8 min 734 pasiyent var, onların 118-i ağır, 30-u kritik vəziyyətdədir. (azərtac)