XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

25 İyul 2020 - 11:38

Ukraynada pandemiya qurbanlarının sayı 1 600-ə yaxınlaşır

Ukraynada son sutkada 1 106 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” UNİAN-a istindən xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqlayıb.

Məlumata görə, son sutkada 19 nəfər koronavirusdan ölüb. Bununla da Ukraynada yoluxanların sayı 63 929 nəfərə, qurbanların sayı isə 1 590 nəfərə yüksəlib.

İndiyədək 35 497 pasiyent sağalıb.