Belarusda son sutka ərzində daha 156 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub, 6 nəfər ölüb.
Bu barədə Belarusun Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Belarusda indiyədək infeksiyaya yoluxanların sayı 67 002, xəstəlikdən ölənlərin sayı isə 530 nəfərə çatıb. Ölkədə COVID-19-dan sağalanların sayı 60 092 nəfərdir/APA.