XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

25 İyul 2020 - 17:40

Boris Conson Britaniyada pandemiyanın əvvəlində buraxılan səhvləri etiraf etdi:"Problemin ciddiliyini lazımi qədər anlamadıq"

Böyük Britaniyanın Baş naziri Boris Conson Birləşmiş Krallıqda koronavirus infeksiyasının yayılmağa başladığı vaxt hökumətin səhvə yol verdiyi fikri ilə razılaşıb.

Azərtac xəbər verir ki, Baş nazir bu sözləri BBC telekanalının efirində deyib. “Biz ilk bir neçə həftə və ay ərzində koronavirusla bağlı problemin ciddiliyini lazımi qədər anlamadıq”, – deyə Boris Conson telekanala müsahibəsində bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya hakimiyyəti pandemiyanın ilkin mərhələsində virusun insandan insana simptomsuz yayılma miqyasını düzgün qiymətləndirməyib. Baş nazir, həmçinin baş verənlərdən nəticə çıxarılmalı olduğunu da vurğulayıb.

Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına görə, Birləşmiş Krallıqda indiyədək 297 min 914 nəfər koronavirusa yoluxub, onlardan 45 min 677 nəfəri həyatını itirib.

Koronavirus pandemiyası Avropaya çatanda Böyük Britaniya uzun müddət karantin və infeksiyanın yayılmasının qarşısının alınmasına yönələn digər məhdudiyyət tədbirləri tətbiq etməyən azsaylı dövlətlərdən biri olub.