XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

25 İyul 2020 - 18:24

Moldovada daha 345 nəfər koronavirusa yoluxub –Ölənlər var

Moldovada son sutka ərzində daha 345 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub, 6 nəfər vəfat edib.

Bu barədə Moldovanın Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Qeyd olunub ki, Moldovada COVID-19-a yoluxanların sayı 22 828 nəfərə çatıb. Ümumilikdə, bu ölkədə koronavirusdan ölənlərin sayı 732 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı 15 608 nəfər təşkil edib.

Xatırladaq ki, Moldova hökuməti ölkədəki xüsusi karantin rejimini avqustun 31-dək uzadıb/APA.