XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2020 - 20:44

Ərdoğan Liviyanın Baş nazirini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyanın Baş naziri Faiz Sərracı İstanbulda Vahdettin köşkündə qəbul edib.

APA-nın yerli bürosunun Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbərinə görə, Türkiyə Prezidentinin F. Sərracla görüşündə Liviyadakı son vəziyyətlə bağlı müzakirələr aparılıb.

Görüş mətbuata qapalı keçirilib.

Qeyd edək ki, R. T. Ərdoğan bu gün İtaliyanın Baş naziri Cüzeppe Konte ilə də telefonla danışıb.

Telefon söhbətində liderlər Liviyadakı qarşıdurmanın siyasi danışıqlar yolu ilə həlli üçün dialoqun davam etdirilməsi razılığına gəliblər.