XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

25 İyul 2020 - 22:32

AİİB pandmeiya ilə mübarizə üçün Pakistana kredit ayırıb- 250 milyon dollar

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) direktorlar şurası bankın COVID-19 böhranına qarşı fondundan Pakistana 250 milyon ABŞ dolları ayrılmasını təsdiqləyib.

Bankın Pekindəki mənzil-qərargahından Azərtac-a bildiriblər ki, vəsait iqtisadi və sosial sahənin pandemiyanın mənfi təsirlərinə qarşı dözümlülüyünü artırmağa yönəldiləcək. Dünya Bankı ilə birgə maliyyələşdirilən “Davamlı iqtisadi inkişaf üçün təsisatlar” proqramı insan kapitalına sərmayələrin təşviq edilməsini, sosial müdafiə tədbirlərinin gücləndirilməsini, ölkənin fövqəladə səhiyyə infrastrukturunun inkişafını əhatə edir.

Bununla AİİB-in pandemiya ilə mübarizə üçün Pakistana ayırdığı vəsaitin ümumi məbləği 750 milyon dollara çatıb.

Qeyd edək ki, Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankı dövlət və özəl sektordan olan müştərilərin pandemiya ilə əlaqədar artan tələbatını ödəmək üçün COVID-19 böhranına qarşı fondunu 2 dəfə artıraraq 10 milyard ABŞ dollarına çatdırıb. İndiyədək fonddan Hindistan, Çin, Banqladeş, Filippin, Türkiyə, Gürcüstan da daxil olmaqla bir neçə ölkədə ümumilikdə 16 layihəyə 5,9 milyard dollar vəsait ayrılıb.