XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

26 İyul 2020 - 09:19

ABŞ-ın Texas ştatında fövqəladə vəziyyət rejimi elan olunub –Qasırğaya görə

ABŞ-ın Texas ştatının bir sıra bölgələrində “Hanna” qasırğası səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Bu barədə ştatın qubernatoru Qreq Ebbottun saytında dərc olunan açıqlamada deyilir.

Məlumata görə, Texasın cənubundakı sahil bölgələrində qasırğa, leysan yağışlar və daşqınlar gözlənilir. Yerli əhalinin həyatı üçün təhlükənin olduğu bildirilir.

Fövqəladə vəziyyət rejimi ştatın əksəriyyəti sahilyanı olan 254 dairədən 32-də tətbiq olunub. Bu tədbir yerli hakimiyyət orqanlarına bəzi əlavə fondlar əldə etmək və fəlakətdən sonra daha çox mənbələrdən istifadə etmək imkanı verir. Bu, xüsusilə ABŞ Milli Qvardiyasının xilasetmə və bərpa işlərinə cəlb edilməsini mümkün edir.

Bölgədəki enerji təchizatı üçün cavabdeh olan “American Electric Power” şirkətinin saytının verdiyi məlumata görə, hazırda təxminən 60 000 istehlakçı elektrik enerjisindən məhrum olub. Vəziyyət Texas ştatının yeni növ koronavirus infeksiyasının sürətlə yayıldığı ştatlar sırasında olması ilə daha da çətinləşib.