XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

26 İyul 2020 - 09:53

İsveçrədə təyyarə dağa çırpılıb:ölənlər var

İsveçrənin Valye kantonunda kiçikhəcmli təyyarə dağlarda qəzaya uğrayıb, 4 nəfər ölüb.

Bu barədə kanton polisi məlumat yayıb.

Belə ki, günorta saatlarında polis Qleçerşpits zirvəsi yaxınlığında təyyarə qəzası barədə məlumat alıb, hadisə yerinə gələn xilasedicilər və yanğınsöndürənlər təyyarədə olan hər kəsin öldüyünü müəyyən ediblər.

“Ölənlər 66 və 50 yaşlarında iki isveçrəli, həmçinin 50 və 46 yaşlarında iki avstriyalıdır”, – polisin məlumatında belə deyilir.

Hadisənin səbəbləri araşdırılır.