XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2020 - 11:12

Özbəkistanda koronavirus:yoluxanların sayı 20 mini keçdi

Özbəkistanda koronavirusa yoluxanların sayı son bir gündə 573 nəfər artaraq 20 226-ya çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırda Özbəkistanda 10 831 nəfər müalicə olunaraq sağalıb, 112 nəfər vəfat edib. Aktiv xəstə sayı 9 283 nəfərdir, 133 pasiyentin vəziyyəti ağırdır.