XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2020 - 14:37

Polşada pandemiya:infeksiyaya yoluxanların sayı 43 mini keçib

Polşada koronavirusdan ölənlərin sayı 1 671-ə çatıb.

Bunu Polşanın Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, Polşada son sutkada 443 yoluxma, 7 ölüm faktı qeydə alınıb.

Yoluxanların sayı isə 43 065 olub. İndiyədək 32 733 pasiyent sağalaraq evə buraxılıb.

Polşada koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə cari ilin mart ayından etibarən xüsusi karantin rejimi tətbiq edilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.