XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

26 İyul 2020 - 21:23

“Küləklə sovrulanlar” flminin 104 yaşlı “Oskar”lı aktrisası vəfat edib

1939-cu ildə lentə alınan “Küləklə sovrulanlar” filmində əsas  obrazlardan biri – Melani Hamiltonu canlandıran aktrisa Olivia de Havilland bu gün 104 yaşında vəfat edib.

Bu barədə “Deadline” internet nəşri məlumat yayıb.

Aktrisa Parisdəki evində dünyasını dəyişib.

Qeyd edək ki, Olivia de Havilland 1916-cı ilin iyulun 1-də Tokioda anadan olub.

Valideynləri ayrıldıqdan sonra “gələcək ulduz” anası və bacısı ilə birlikdə Kaliforniyaya köçüb.

18 yaşına çatanda “Warner Brothers” studiyası ona ilk müqaviləsini təklif edib.

Peşəkar karyerası boyunca de Havilland iki dəfə “Oskar” mükafatına, iki dəfə “Qızıl Qlobus”a layiq görülüb.