XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

27 İyul 2020 - 09:45

Gürcüstanda koronavirus:yoluxanların sayı 1 137 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 6 yoluxma halı qeydə alınıb. 

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 137 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə 6 439 nəfər karantində saxlanılır, 326 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 922 nəfərin sağaldığı, 16 nəfərin isə vəfat etdiyi bildirilir. (apa)